"Dinozavrlar”a futbol dərsi - VİDEO
Bizi izləyin

İdman

"Dinozavrlar”a futbol dərsi - VİDEO

Bundesliqada 21-ci tur “Bavariya”nın böyükhesablı qələbəsiylə yadda qaldı.

Publika.az xəbər verir ki, Almaniya çempionu vaxtilə əzəli rəqib sayılan “Hamburq”un daşını daş üstə qoymayıb. İlk hissədə 3 qol vuran Pep Qvardiolanın yetirmələri fasilədən sonra da sakitləşməyib. “Hamburq” isə təsəlli qolu da vura bilməyib.

Oyunun qəhrəmanı Aryen Robben olub. “Bavariya”nın holland lideri iki qol vurmaqla yanaşı, rəqib futbolçuları sürətli keçidləriylə çaş-baş qoyurdu. Hərdən adama elə gəlirdi ki, Robben uşaqlara qarşı futbol oynayır. Onun qarşısını kəsmək həmin gün “Hamburq”lu futbolçular üçün mümkünsüz idi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm