Bu da Prosineçkinin heyəti - Açıqladı
Bizi izləyin

İdman

Bu da Prosineçkinin heyəti - Açıqladı

Fevralın 20-dən 26-dək Antalyada təlim-məşq toplanışında olacaq Azərbaycan millisinin heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, baş məşqçi Robert Prosineçki 24 futbolçunu yığmanın düşərgəsinə çağırıb.

Qapıçılar: Səlahət Ağayev (İnter), Andrey Popoviç (Sumqayıt), Emil Balayev (Ayntraxt, Almaniya);

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev (hər üçü "Qarabağ"), Arif Daşdəmirov, Maqomed Mirzəbəyov (hər ikisi "İnter");

Yarımmüdafiəçilər: Qara Qarayev, Namiq Ələsgərov (hər ikisi "Qarabağ"), Rəşad Sadiqov, Ruslan Abışov, Cavid Hüseynov, Elvin Camalov (hamısı "Qəbələ"), Əfran İsmayılov, Coşqun Diniyev, Elvin Məmmədov (hamısı "İnter"), Rahid Əmirquliyev ("Xəzər Lənkəran");

Hücumçular: Vüqar Nadirov (Qarabağ), Ağabala Ramazanov (Xəzər Lənkəran), Orxan Əliyev, Maqomed Qurbanov (hər ikisi "Sumqayıt"), Rəşad Eyyubov (Simurq), Anton Krivotçuk (klubsuz).

Fevralın 24-də Azərbaycan Premyer Liqasının 3-cü turundan təxirə salınmış AZAL - "Neftçi" oyunu keçiriləcəyi üçün həmin komandaların üzvləri millinin toplanışına dəvət edilməyib.

Yığmamız toplanış çərçivəsində fevralın 24-də "Şaxtyor"la (Donetsk) qarşılaşacaq.

Siyahıda Anton Krivotçukun adı diqqət çəkir. Bu futbolçu əslən ukraynalıdır. Azərbaycan pasportuna sahib olduğu deyilən Antonun əvvəllər U-17 millimizdə çıxış etdiyi söylənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm