Azarkeşlərə qarşı mübarizə güclənəcək
Bizi izləyin

İdman

Azarkeşlərə qarşı mübarizə güclənəcək

Azərbaycanda idman yarışları və kütləvi idman tədbirləri zamanı azarkeşlərin idmançılara qarşı zorakılıq etməsinin qarşısını almaq üçün tədbirlər sərtləşdirilir.

Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Rauf Əliyev bildirib ki, bununla bağlı məsələ “Bədən tərbiyəsi və idman haqqında” qanuna təklif olunan dəyişikliklərdə nəzərdə tutulub.

R.Əliyev qeyd edib ki, dəyişikliklər idman yarışları və kütləvi idman tədbirlərinin keçirilməsi zamanı zorakılığın qarşısının alınmasını, ictimai təhlükəsizliyin və asayişin təmin edilməsini nəzərdə tutur: “Bir ara tamaşaçılar idmançılara şüşə butulkalar atırdılar, sonra onun qarşısı alındı və plasmasdan başqa heç nəyin keçirilməsinə icazə verilmədi, turniketlər qoyuldu. Azarkeşlərin idmançılara hücum etməsi və digər zorakılıq faktları var. Bütün bunların qarşısının alınması qanunla tənzimlənəcək”.

Millət vəkili qeyd edib ki, bunun üçün hansı tədbirlərin görüləcəyi barədə daha ətraflı məlumat veriləcək: “Qanuna dəyişikliklər müvafiq dövlət qurumları və idman mütəxəssisləri ilə, o cümlədən Milli Məclisin müvafiq komitəsində müzakirə edilib razılaşdırıldıqdan sonra ətraflı məlumatlar veriləcək”.

Trend

Oxumağa davam et
Reklam
Reklam

Gündəm