• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“Bakı”nın gününə düşən Fransa klubu - Futbolçuların pulunu ödəyə bilmir

  • İdman
  • 16 Fevral 2015 17:55
  • 355 Baxış
“Bakı”nın gününə düşən Fransa klubu - Futbolçuların pulunu ödəyə bilmir

“Marsel”in yeni ildə qeyri-sabit çıxış etməsinin səbəbi məlum olub. Liqa-1-də son 6 turda 18 mümkün xaldan yalnız 8-ni toplayan Marselo Byelsanın yetirmələri fevralda qələbə qazanmayıb.

Publika.az xəbər verir ki, komandada maliyyə böhranının “çiçəkləndiyi” haqda söhbətlər dolaşır. “Marsel”in hücumçusu Andre Ayyunun son açıqlamasından sonra deyilənlərin həqiqət olduğu üzə çıxıb. 25 yaşlı qanalı forvard yaxın günlərdə rəhbərliklə gələcəyinə dair söhbət edəcəyini bildirib:

“Son vaxtlar “Marsel” maliyyə sıxıntısından əziyyət çəkir. Rəhbərlik futbolçuların əməkhaqqını vaxtında ödəyə bilmir. Bu gün “Marsel”in oyunçusuyam. Amma sabah nə olacağını deyə bilmərəm. Bu komandaya bağlıyam. Üzərimə düşən işi görürəm. Ancaq sabah əməkhaqqının azaldılacağı təqdirdə burada qalacağıma qərar verməmişəm. Futbolçular meydanda olduğu kimi, digər sahələrdə də irəliyə doğru addımlamaq istəyir”.

Xatırladaq ki, Ayyunun klubla müqaviləsi mövsümün sonunda başa çatacaq. Cari mövsümdə 16 oyunda meydanda olan qanalı forvard 4 qol vurub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR