Qatarda bəstələnən himn və ruha qida verən məşhur melodiya - VİDEO
Bizi izləyin

İdman

Qatarda bəstələnən himn və ruha qida verən məşhur melodiya - VİDEO

Sabah Çempionlar Liqasının pley-off mərhələsi start götürür. Bizə elə gəlir ki, qitənin ən nüfuzlu turnirinin oyunları üçün darıxmışıq. Amma elə deyil. Biz bu turnirin möhtəşəm himni üçün darıxmışıq. Artıq hər kəs vərdiş edib. Ürəyi futbolla döyünənlər ilin müəyyən vaxtlarında Çempionlar Liqasının ecazkar musiqisini eşitməyə alışıb.

UEFA-nın "Champions Matchday" adlı jurnalında maraqlı araşdırma edilib. Qurumun jurnalı Çempionlar Liqası qarşılaşmaları öncəsi klublarda səsləndirilən marşlarla bağlı yazı hazırlayıb.

Publika.az həmin yazının ən maraqlı hissələrini təqdim edir.

“Çempionlar Liqası”

"Çempionlar Liqası" musiqisi alman Corc Friderik Handelin 1727-ci ildə bəstələdiyi "Zadok The Priest" adlı əsərinin musiqisi əsasında yaradılıb. Marşın sözləri ingilis bəstəkar Toni Britten tərəfindən yazılıb. Marş ilk olaraq 1992-ci ildə Kral Filarmonik Orkestri və “St. Martin In The Fields” Akademiyası xoru tərəfindən səsləndirilib.

“Əsla Yalnız gəzməyəcəksən”

“Liverpul”un "Əsla yalnız gəzməyəcəksən" (“You'll Never Walk Alone”) marşının musiqisi 1945-ci ildə Riçard Rocers və Oskar Hammerştayn tərəfindən səhnələşdirilən "Karusel" adlı mahnı üçün bəstələnib.

1963-cü ilin noyabrında Böyük Britaniyada "Gerry and the Pacemakers" adlı İngilis musiqi qrupu tərəfindən yenidən düzəliş edildikdən sonra musiqi siyahılarında 1 nömrə oldu. Beləliklə, bu mahnı həmin tarixdən etibarən "Liverpul" azarkeşlərinin dilindən düşmür.

“Cənubun ulduzu”

"Bavariya" ilə bağlı alman musiqiçisi, bəstəkar Villi Astor və stadionun diktoru Stefan Lemann tərəfindən "Stern des Südens" (cənubun ulduzu) marşı yazılıb. Marş ölkənin cənubundakı Münhen şəhərinə həsr edilib.

“Mavi ay”

İlk olaraq ingilis klubu "Mançester Siti" tərəfdarlarının istifadə etdiyi "Blue Moon" (Mavi Ay) adlı marş 1934-cü ildə Lorenz Hart və Riçard Rocers tərəfindən ərsəyə gətirilib. Mançester şəhərinin mavi sahilinə aid bu marş ilk dəfə 1989/90 mövsümünün əvvəlində "Liverpul"la oynanan açılış matçında ifa edilib.

“İrəli Madrid”

"Real"ın "Hala Madrid" (İrəli Madrid) adlı marşının ərsəyə gəlməsi paytaxt Madriddəki bir restoranla bağlıdır. Marş ispan müğənni Xose De Agilar tərəfindən 1952-ci ildə Aranxuesdən Madridə gedən qatarda bəstələndikdən sonra bir restoranda salfet üzərində yazılıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm