• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

“Qəbələ” Rikardinyonu da gətirdi

  • İdman
  • 16 Fevral 2015 19:20
  • 451 Baxış
“Qəbələ” Rikardinyonu da gətirdi

3-cü dövrədə öz oyununu tapa bilməyən “Qəbələ” növbəti transferini reallaşdırıb.

Publika.az xəbər verir ki, “qırmızı-qaralar” Rikardo Ferreyra da Silvanı heyətinə cəlb edib. 30 yaşlı braziliyalı futbolçuyla 5 aylıq müqavilə imzalanıb.

Rikardinyo kimi tanınan futbolçu Braziliyanın “Koritiba” klubunun yetirməsidir. O, 2003-cü ilə qədər bu klubun yeniyetmə və gənclər, 2003-09-cu illərdə əsas komandasında çıxış edib. 2007-ci ildə isə müdafiəçi icarə əsasında “Atletiko”nun (Mineyro) şərəfini qoruyub.

Braziliyalı “Koritiba”da 2 dəfə Paranaense çempionu titulunu qazanıb. 2009-cu ildə legioner həyatı yaşamaq üçün Avropaya üz tutan Rikardinyo İsveçin “Malmö” klubuyla müqavilə imzalayıb. Anlaşması 2014-cü ilin dekabrında başa çatan braziliyalı həmin müddətədək Skandinaviyada çıxış edib.

Cənubi amerikalı ötən ilin oktyabrında İsveç vətəndaşlığı da alıb. “Malmö”də çıxış etdiyi 5 ildə 3 dəfə (2010, 2013, 2014) ölkə çempionu olan, 2 dəfə (2013, 2014) superkuboku qazanan Rikardinyo avrokubok təcrübəsinə də malikdir. Braziliyalı qitəmiqyaslı turnirlərdə 26 oyunda iştirak edib.

“Qəbələ” Rikardinyoya qədər Rəşad Sadiqov, ukraynalılar Aleksey Qay, Dmitri Bezotosnı, Ruslan Fomin və belaruslu Mixail Sivakovu heyətinə qatıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR