Nazim Süleymanov - 50! - O, futbolu belə oynayırdı – VİDEO
Bizi izləyin

İdman

Nazim Süleymanov - 50! - O, futbolu belə oynayırdı – VİDEO

Bu gün müstəqil Azərbaycan futbolunun ən parlaq siması olan Nazim Süleymanovun 50 yaşı tamam olur.

Süleymanov Anatoli Banişevskidən sonra Azərbaycan futbol tarixinin ən istedadlı nümayəndəsidir. Publika.az xəbər verir ki, 1965-ci il fevralın 17-də Sumqayıtda anadan olan Süleymanov 8-9 yaşlarından futbol oynamağa başlayıb. 17 yaşında Sumqayıtın zavod komandasında çıxış edən Süleymanovun istedadı mütəxəssislərin diqqətini cəlb edir və o, SSRİ çempionatının ikinci dəstəsinin 9-cu zonasında yarışan “Avtomobilçi”yə (Mingəçevir) cəlb olunur. İnamlı oyunu ilə seçilən Nazimə “Neftçi”dən təklif gəlir. “Ağ-qaralar”ın heyətində sərgilədiyi oyunla minlərlə futbolsevərin rəğbətini qazanır.

Süleymanovun karyerasının ən uğurlu illəri Rusiya çempionatı ilə bağlıdır. Azərbaycanı Rusiyada ləyaqətlə təmsil edən Nazim 1996-cı ildə Vladiqafqaz “Alaniya”sı ilə Rusiya çempionluğunu qazanır. O, “Alaniya”nın heyətində bir neçə rekorda da imza atır. İstedadlı futbolçunun karyerasında “Spartak” (Moskva), “Jemçujina” (Soçi) kimi klublar da var. Nazim “Neftçi”nin heyətində keçirdiyi 177 oyunda 27, “Alaniya”da isə 142 qarşılaşmada 60 qol vurub. Süleymanov Rusiya çempionatında daha 13 qolu “Jemçujina”nın heyətində meydana çıxdığı 67 qarşılaşmada vurub. Nazim Azərbaycan millisinin heyətində keçirdiyi 24 oyunda 5 dəfə fərqlənib.

Karyerasını bitirəndən sonra Süleymanov məqşçilik fəaliyyətinə başlayıb. Onun “Jemçujina”da başlayan məşqçilik fəaliyyəti sonradan Azərbaycanda davam edib. “Xəzər Lənkəran”ın yaradıcılarından biri və ilk baş məşqçisi olub. Ayrı-ayrı vaxtlarda Azərbaycan millisində məşqçi, AZAL və “Neftçi”də baş məşqçi kimi çalışıb.

Osetiyanın “Şöhrət” ordeni ilə təltif olunub. Vladiqafqazın fəxri vətəndaşıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm