Pəhləvanlarımız Tehranı fəth etməyə yollanıb
Bizi izləyin

İdman

Pəhləvanlarımız Tehranı fəth etməyə yollanıb

Fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışları keçiriləcək. Yarışda Azərbaycanla yanaşı, İran, İsveç, Almaniya, Rusiya, Macarıstan, Türkiyə və Ermənistan güləşçiləri iştirak edəcək.

Publika.az xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, İsveç və Almaniya komandaları ilə A qrupunda mübarizə aparacaq. B qrupunda isə Rusiya, Macarıstan, Türkiyə və Ermənistan komandaları qüvvələrini sınayacaq.

Dünya kubokunda iştirak edəcək komandamız artıq Tehrandadır. Baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və Akif Əliyevin rəhbərliyi altında 12 güləşçimiz heyətdə yer alıb. Yarışlarda ölkəmizi Rövşən Bayramov, Elman Muxtarov (hər ikisi 59 kq), Həsən Əliyev, Kamran Məmmədov (hər ikisi 66 kq), Rəsul Çunayev, Rüstəm Əliyev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Rafiq Hüseynov (80 kq), İslam Abbasov, Şəhriyar Məmmədov (hər ikisi 85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.

Yarışın proqramına əsasən, fevralın 19-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə üçüncülük uğrunda görüşəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm