
Türkiyə kubokunun 1/4 final mərhələsinin püşkü atılıb.
Publika.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Kamran Ağayevin formasını geyindiyi "Kayserispor"un rəqibi müəyyənləşib.
"Sarı-qırmızılar" Superliqa təmsilçisi "Sivasspor"la üz-üzə gələcək. Branimir Subaşiçin şərəfini qoruduğu "Manisaspor" isə "Qalatasaray"la qarşılaşacaq.
Eyni zamanda yarımfinal mərhələsinin də cütlükləri müəyyənləşib. Ağayevin komandası "Sivasspor" səddini aşacağı təqdirdə "Qalatasaray" - "Manisaspor" cütünün qalibiylə üz-üzə gələcək.
Türkiyə kuboku, 1/4 final mərhələsi
Qalatasaray - Manisaspor
Kayserispor - Sivasspor
Bursaspor - Gənclərbirliyi
Mersin - Fənərbaxça
1/2 final mərhələsi
Qalatasaray/Manisaspor - Kayserispor/Sivasspor
Bursaspor/Gənclərbirliyi - Mersin/Fənərbaxça
Mərhələlərin görüşləri 2 oyundan ibarət olacaq. 1/4 finalın ilk matçları 3, 4, 5 martda, cavab oyunları isə 7, 8, 9 apreldə keçiriləcək. Yarımfinal görüşləri 28, 29, 30 aprel və 19, 20, 21 mayda baş tutacaq.