• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Azarkeşlər “Neftçi”ni ziyana saldı – 1000 manat

  • İdman
  • 17 Fevral 2015 21:04
  • 330 Baxış
Azarkeşlər “Neftçi”ni ziyana saldı – 1000 manat

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, Premyer Liqa klublarından "Neftçi" 2000 manat cərimə olunub.

Azərbaycan Premyer Liqasının 22-ci turunun "Qəbələ" - "Neftçi" matçında (1:3) "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 52-ci dəqiqəsində "Neftçi" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub əlavə 1000 manat da ziyana düşüb.

Əvəzedici heyətlərin 22-ci turunun "Sumqayıt" - AZAL matçında (3:1) meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Matçın 10-cu dəqiqəsində isə AZAL-ın futbolçusu Elvin Əlizadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb. "Təyyarəçilər" Əlizadəyə görə 1000 manat ziyana düşüb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR