“Beşiktaş“a müjdə: “Liverpul”un hücumçusuna sərt cəza
Bizi izləyin

İdman

“Beşiktaş“a müjdə: “Liverpul”un hücumçusuna sərt cəza

Avroliqanın pley-off mərhələsinin startı ərəfəsində “Liverpul” bəd xəbər alıb.

Publika.az xəbər verir ki, “qırmızılar”ın hücumçusu Lazar Markoviç 4 oyunluq diskvalifikasiya edilib. Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Bazel”lə oyunun ikinci hissəsində meydana çıxan serb forvard 60-cı dəqiqədə rəqib futbolçunun üzünə zərbə endirdiyi üçün qovulmuşdu.

Markoviç UEFA-nın bayrağı altında keçiriləcək qarşıdakı 4 oyunu tribunadan izləyəcək. Başqa sözlə, “Liverpul” Avropa Liqasında yoluna davam edə bilsə, Lazar bir də 1/4 finalda iştirak edəcək.

1/16 finalda “Liverpul”un rəqibi “Beşiktaş”dır. Bu komandalar arasında ilk oyun fevralın 19-da Liverpulda baş tutacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm