• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Syomin: “Qəbələ”nin infrastrukturuna istənilən klub həsəd aparar

  • İdman
  • 17 Fevral 2014 13:49
  • 841 Baxış
Syomin: “Qəbələ”nin infrastrukturuna istənilən klub həsəd aparar

“Qəbələ”nin baş məşqçisi Yuri Syomin Rusiya mətbuatına müsahibə verib. Publika.az rusiyalı mütəxəssisin “Vestnik Kavkaza”da dərc olunan müsahibəsini təqdim edir:

- Qəbələdə iş şəraiti necədi? İnfrastrukturdan razısınız?

- İnfrastruktur əladı. Düşünürəm ki, buna istənilən klub həsəd aparar. Burada əla futbol məktəbi var. Demək olar ki, bütün rayonlardan bura uşaqlar gəlir, klub formasını geyir, onlar üçün şərait yaradılıb və əhvalları da müvafiqdi. Gözəl meydanlar var. Həm təbii, həm də sintetik örtüklü. Komandamıza gəlincə, Qəbələdə bizim heç bir problemimiz yoxdu. Yaxşı mehmanxanada yaşayırıq. Altı meydan var ki, biz müxtəlif vaxtlarda məşq edə bilərik. Təəssüf doğuran məqam isə azarkeşlərin oyuna az gəlməsidi. Buna rəğmən, ayrı-ayrı oyunlar Türkiyədə olduğundan pis keçmir.

- Azərbaycan çempionatının səviyyəsi Rusiya çempionatından fərqlənir?

- Rusiya səviyyəsi, əlbəttə, yüksəkdi. Rusiyada klublar daha varlıdı. Azərbaycan klubları isə yenicə tərəqqi edir. Onlar düzgün yoldadı. Çünki bir çox komandaların - “Bakı”, “İnter”, “Neftçi”nin gözəl infrastrukturu var. Uşaqlara diqqət ayırırlar. Mən düşünürəm ki, Azərbaycan çempionatı da inkişaf etməkdə davam edəcək.

- “Qəbələ” Rusiya çempionatının yüksək liqasında oynasaydı, neçənci yerdə olardı?

- Müqayisə etməyəcəm. Biz yalnız öz aramızda görüşəriksə, danışa bilərik. “Qəbələ” "Volqa" (Nijni Novqorod) ilə tam bərabər oyun oynamışdı. Bizim heç bir problemimiz yox idi. Ancaq bu yoldaşlıq oyunudu. Mən düşünürəm ki, rəsmən görüşəndə bu və ya digər komandanın gücü haqda danışmaq olar.

- Siz özünüz şəraitə uyğunlaşmısınız? Axı Qəbələ paytaxtdan uzaqda yerləşir.

- Qəbələ gözəl yerdi. Əla, təmiz dağ havası, yaxşı şərait, möhtəşəm mehmanxanalar, sakit guşə. Buna görə də mənim heç bir problemim yoxdu. Hamı ilə qarşılıqlı yaxşı münasibət var.

- Rusiya çempionatını izləməyə vaxt tapırsınız?

- Həm Rusiya, həm Türkiyə, həm Ukrayna, hə də İngiltərə çempionatını izləməyə çalışıram.

- Şimali Qafqaz futbolunun böhranının səbəbləri nədi?

- Düşünürəm ki, “Terek” kifayət qədər güclü komandadı və bundan sonra yüksələcək. “Anji” də mümkün olan hər şeyi edəcək. Ola bilər ki, hansısa ən vacib məsələlərdən biri ilə bağlı qərarlarda səhvə yol veriblər. Amma orada futbol necə olubsa, elə də olacaq.

Oradan çox futbolçu çıxıb. Xüsusilə, Şimali Osetiya ölkəyə xeyli futbolçu verib. Düşünürəm ki, Kabardin-Balkar Respublikasına və Şimali Osetiyaya daha çox diqqət ayırmaq lazımdı.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR