Bu italyanlar ağıllanmayacaqlar...
Bizi izləyin

İdman

Bu italyanlar ağıllanmayacaqlar...

Rumıniyanın korrupsiyaya qarşı mübarizə təşkilatı 2007-ci ildə Çempionlar Liqasının təsnifat mərhələsində Buxarest "Dinamo"su və "Latsio" arasındakı matçı araşdırır.

Publika.az xəbər verir ki, artıq bu məsələylə bağlı Rumıniyada dindirilmə başlanılıb.

Çempionlar Liqasının 2007/08 mövsümünün təsnifat mərhələsində qarşılaşan "Latsio" və "Dinamo" arasındakı ilk matç 1:1 nəticələnmişdi. Təkrar matçda isə fasiləyəcən rumınların 1:0 üstünlüyü olsa da, sonradan romalılar 3 qol vuraraq mərhələni adlayan komanda olmuşdu.

Həmin vaxt rumınların futbolçusu Radu Stefanın keçidiylə bağlı klublar 5,4 milyon avro məbləğində razılığa gəlmişdi.

Klubun sahiblərindən biri olan Vladimir Kon oyunun məhz buna görə satıldığını iddia edib:

"Oyunun fasiləsində rəhbərlik paltardəyişmə otağına gedərək oyunçulara oyunu uduzmaları ilə bağlı göstəriş verib. Buna səbəb futbolçularımızdan birinin italyanlara 5,4 milyon avro məbləğində transfer edilməsi idi".

Məsələylə bağlı istintaq davam edir. İddia sübuta yetirilsə, “Latsio”nun avrokuboklardan kənarlaşdırılacağı istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm