“Təcili yardım” və “qara qutu”
Bizi izləyin

İdman

“Təcili yardım” və “qara qutu”

Çempionlar Liqasında pley-off mərhələsinə dünən start verildi. İlk oyun günü sürpriz nəticələrlə yadda qaldı. Favorit göstərilən “Çelsi” və “Bavariya” müvafiq olaraq, Paris və Lvovdan heç-heçəylə döndü. Bəs bu gün necə olacaq? “Şalke” və “Bazel” də özünü ev yiyəsi kimi aparacaqmı?

Publika.az axşamkı oyunlarla bağlı komandaların indiki durumunu təhlil edib və optimal heyətləri müəyyənləşdirib.

Bu səfər ötənilki kimi asan olmayacaq

23:45 Şalke (Almaniya) - Real (İspaniya)

Stadion: «Feltins-Arena»

Baş hakim: Martin Atkinson (İngiltərə)

TV: Az.TV, NTV+futbol 1, NTV (hər ikisi Rusiya)

Aralarındakı oyun: +0=0-2, top fərqi - 2:9.

Zədəlilər: Draksler, Fermann, Kolaşinats, Farfan, Obazi, Qoretska, Qifer (şübhəli), Sem (şübhəli), Huntelar (şübhəli) – Xames Rodriges, Ramos, Kxedira, Modriç, Koentrao, Pepe (şübhəli).

“Şalke”nin iştirak ərizəsində dəyişiklik

Gələnlər: Coy-Lens Mikels, Matiya Nastasiç (Mançester Siti, icarə).

Çıxarılıb: Donis Avdiyay (Şturm, icarə), Kristian Klemens (Maynts, icarə), Felipe Santana (Olimpiakos, icarə).

“Real”ın iştirak ərizəsində dəyişiklik

Gələnlər: Martin Edeqor (Stromsqodset), Lukas Silva (Kruzeyro).

Gedənlər: Abner, Gilyermo Varela.

Optimal heyətlər

Şalke: Vellenroyter - Hevedes, Matip, Nastasiç - Uçida, Fuks - Barnetta, Kirxhoff, Heqer - Şupo-Motinq, Huntelar.

Real: Kasilyas - Karvahal, Varan, Naço, Marselo - İlyarramendi, Kroos, İsko - Beyl, Benzema, Ronaldo.

Püşk bu komandaları bir-birinə rəqib edən kimi madridlilərin üzündə təbəssüm, almanların üzündə isə kinayə görmək olardı. Hamı o dəqiqə ötənilki fiaskonu xatırladı. Düz bir il əvvəl “Şalke”ylə “Real” 1/8 finalda qarşılaşmışdı. Nəticədən xəbəriniz var. “Kral klubu” helzenkirhenliləri biabır etmişdi (iki oyunun nəticəsi - 9:2). Qollardan 7-ni Beyl-Benzema-Ronaldo triosu vurmuşdu. Elə indi də onların məhsuldarlığı göz oxşayır. Hərçənd Ronaldo üç oyundu rəqib qapılarının yolunu itirib. Amma bununla da “Real”ın problemləri bitmir. Karlo Ançelottini müdafiə xətti də qayğılandırır. Elə “Şalke”nin də ciddi itkiləri var. Draksler, Farfan, Sem kimi əsas heyət oyunçuları kənarda qalıb. İlk baxışdan “Real” cütün favoritidir. Amma futbol ictimaiyyəti madridlilər üçün ötənilki kimi Helzenkirhen səfərinin asan olacağına inanmır. Bu qarşılaşmaya rəng qatan başqa bir məqam Roberto Di Matteoyla bağlıdır. ÇL-in “təcili yardım məşqçisi” sayılan italyan mütəxəssis pley-offda sürpriz etməyi xoşlayır.

Güclü “atışma” gözlənilir

23:45 Bazel - Portu

Stadion: «Sankt-Yakob Park»

Baş hakim: Mark Klattenburq (İngiltərə).

TV: NTV+futbol 2 (Rusiya).

Aralarındakı oyun: qarşılaşmayıblar

Zədəli: İvanov (Bazel).

Cəzalı: Şer (Bazel).

“Bazel”in iştirak ərizəsində dəyişiklik

Gələn: Adam Traore (Gimarayeş).

Gedənlər: Naser Aliyi (Vaduts, icarə), Marselo Dias (Hamburq), Mixael Qonsalveş (Vil, icarə), Joffrua Serey Dye (Ştutqart), Covanni Syo (Bastiya, icarə).

“Portu”nun iştirak ərizəsində dəyişiklik

Gələnlər: Ernani (Gimarayeş), Elton, Dieqo Reyes.

Gedənlər: Adrian Lopes, Andres Fernandes, İvu Rodriqeş (Gimarayeş, icarə), Kelvin (Palmeyras, icarə), Tomaş Motta.

Optimal heyətlər

Bazel: Vatslik - Caka, Suxi, Samuel, Safari - Dzuffi, Fray, El-Nenni - Qonsales, Ştreller, Qaşi.

Portu: Fabiano - Danilo, Maykon, Markano, Sandro - Oliver, Kazemiro, Errera - Kuarejma, Martines, Braimi.

1/8 finaln ən maraqlı və qeyri-müəyyən cütüdür. Bəlkə də hər iki komanda özünə məhz belə rəqib arzulayırdı. Buyurun, indi göstərin məharətinizi. Maraqlı qarşılamaların olacağı gözlənilir. “Bazel” qrupda “Liverpul” kimi nəhəngi qabaqlayaraq pley-offa vəsiqə qazanıb. Bu oyun həm də iki bombardirin - Qaşi və Cekson Martinesin mücadiləsi kimi yadda qala bilər. “Bazel”in alban hücumçusu cari mövsümdə 17 oyuna 13 qol vurub. Onun kolumbiyalı vizavisi isə 21 oyuna 16 dəfə fərqlənib. Güclü “atışma” ola bilər.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm