• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

DÇ-2022-nin keçirilmə vaxtı müəyyənləşdi

  • İdman
  • 19 Fevral 2015 11:20
  • 380 Baxış
DÇ-2022-nin keçirilmə vaxtı müəyyənləşdi

2022-ci ildə Qətərdə düzənlənəcək dünya çempionatının keçirilmə vaxtı uzun müddət müzakirə olundu. Yayda Asiya ölkəsində havaların isti olması üzündən turnirin qışda keçirilməsini istəyənlər çox idi.

Publika.az xəbər verir ki, FİFA Qətər hökumətiylə mundialın 2022-ci ilin noyabr və dekabr aylarında keçirilməsi məsələsində razılığa gəlib.

Ali qurumun İcraiyyə Komitəsinin marta baş tutacaq iclasında bu qərarın təsdiqlənəcəyi gözlənilir.

Belə olan halda, futbolçuların DÇ-2022-də iştirak etməsi üçün Avropanın aparıcı çempionatlarında böyük fasilə yaranacaq.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR