Hakim belindəki “zəhrimar”ı unutdu
Bizi izləyin

İdman

Hakim belindəki “zəhrimar”ı unutdu

Azərbaycan Premyer Liqasında 13-cü turu çərçivəsində AZAL “İnter”I qəbul edib.

Publika.az xəbər verir ki, 1:1 başa çatan qarşılaşmanın 30-cu dəqiqəsində maraqlı hadisə yaşanıb. Belə ki, "AZAL Arena"da keçirilən oyunun gedişində qonaqların heyətində ciddi itki baş verib. "Bankirlər"in yeganə qolunun sahibi hücumçu Junior Nildo zədələndiyi üçün oyunu başa vura bilməyib. Onu Mikel Alvaro əvəz edib.

Diqqətçəkən məqam isə baş hakim Fariz Yusifovun oyuna spreysiz çıxması olub. Yerə yıxılan futbolçuya həkimlər ilk tibbi yardım göstərdiyi vaxt matçın baş hakimi F.Yusifov oyuna spreysiz çıxdığını xatırlayıb. Təcrübəli fit sahibi 4-cü hakimə yaxınlaşıb, ondan sprey istəyib və onu belinə taxıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm