Qlazqoda dram, Qara dəniz sahillərində “fırtına”
Bizi izləyin

İdman

Qlazqoda dram, Qara dəniz sahillərində “fırtına”

Çempionlar Liqasının ardınca Avropa Liqasında da qış fasiləsi başa çatdı. Dünən Avroliqada 1/16 final mərhələsinin ilk oyunları keçirildi.

Publika.az xəbər verir ki, səfərdə inamlı qələbə qazanan “Everton”, “Napoli” və “Brügge” cavab oyununa daha rahat çıxa bilər. Türkiyə klublarının növbəti mərhələ arzusu dumanlı görünür. Doğma meydanda “Napoli”dən 4 cavabsız top buraxan “Trabzonspor” bütün diqqətini Superliqaya yönəltsə yaxşıdır. “Liverpul”a səfərdə minimal hesabla uduzan “Beşiktaş” isə cavab oyununda vəziyyəti düzəldə bilər. Amma çox çətin olacaq.

Günün ən dramatik oyunu Qlazqoda baş tutub. “Qarabağ”ın qrup mərhələsindəki rəqibi “İnter” “Seltik”in qonağı olub. Azarkeşlər bolqollu və maraqlı oyunun şahidi olub. Əvvəlcə italyanlar ilk 15 dəqiqədə 2 qol vurub. Meydan sahibləri 3 dəqiqə ərzində status-kvonu bərpa edib. Bununla belə, qonaqlar fasiləyə hesabda üstün yollana bilib. Final fiti ərəfəsində “Seltik” məğlubiyyətdən qaçıb.

“Qarabağ”ın yerinə pley-offda mübarizə aparmaq şansı qazanan “Dnepr” “Olimpiakos”u 2 cavabsız qolla məğlub edərək növbəti mərhələyə doğru inamlı addım atıb. Amma yunanların evdə azarkeşlərinin fantastik dəstəyiylə oynadığını nəzərə alsaq, ukraynalılar rahatlaşmamalıdır.

Avropa Liqası, 1/16 final mərhələsi

19 fevral

Yanq Boyz - Everton 1:4

Horau, 10 - Lukaku, 24; 39; 58.Kolman, 28.

Torino - Atletik 2:2

Maksi Lopez, 18; 42 - Villiams, 9. Qurpeqi, 73.

Volfsburq - Sportinq 2:0

Dost, 46; 63.

Dnepr - Olimpiakos 2:0

Kankava, 50. Rotan, 54.

Trabzonspor - Napoli 0:4

Henrike, 6. İquayn, 20. Qabbiadini, 27. Zapata, 92.

Roma - Feyenoord 1:1

Jervinyo, 22 - Toornstra, 55.

PSV - Zenit 0:1

Halk, 64.

Olborq - Brügge 1:3

Heleniyus, 71-p - Olare, 25. Refaelov, 29. Petersen, 61.

Anderlext - Dinamo (Moskva) 0:0

Liverpul - Beşiktaş 1:0

Balotelli, 85-p.

Tottenhem - Fiorentina 1:1

Soldado, 6 - Basanta, 36.

Seltik - İnter 3:3

Armstronq, 24; 26. Quidetti, 93 - Şaqiri, 4. Palasio, 13; 45.

Genqam - Dinamo K 2:1

Bövue, 72. Diallo, 75 - Veloso, 19.

Vilyarreal - Zalsburq 2:1

Uçe, 32. Çerişev, 54 - Soriano, 48-p.

Ayaks - Legiya 1:0

Milik, 35.

Sevilya - Borussiya M 1:0

İborra, 70.

Cavab oyunları bir həftədən sonra, fevralın 26-da keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm