İdman
Aleksin vida matçı martda olacaq
“Fənərbaxça”nın əfsanəvi futbolçusu Aleks de Souza möhtəşəm bir mərasimlə futbol karyerasına son qoyacağı günü gözləyir.
Publika.az xəbər verir ki, o, martın 28-də formasını geyindiyi iki komanda - "Palmeyras" və "Koritiba" arasında oynanılacaq matçla yubiley keçirəcək. Aleks karyerası ərzində birlikdə oynadığı bir çox məşhur futbolçuları da bu matça dəvət edib.
"Fənərbaxça"da çiyin-çiyinə mübarizə apardığı Tuncay Şanlı və Rüştü Reçber başda olmaqla, Yobo, Santos, Lusiano, Luqano, Edu və Aurelio kimi məşhurların da meydanda olacağı gözlənilir. Bundan əlavə, Aleksin yubileyində Türkiyədən olan bir çox dostu da tribunada onu izləyəcək.
Dekabr ayında "Koritiba"nın "Bahya"nı 3:2 hesabıyla məğlub etdiyi qarşılaşmada karyerasının son matçına çıxan, gözyaşlarını saxlaya bilməyən və meydanda açdırdığı "Fənərbaxça" bayrağıyla diqqət çəkən 37 yaşlı ulduz oyundan əvvəl "twitter"də türk və portuqal dillərində “Futbol, çox təşəkkür edirəm” ismarıcını yazmışdı.
Aygün İlqarqızı
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!