• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Benites hansı qapıçı üçün “qara kabus”a çevrilib?

  • İdman
  • 20 Fevral 2015 18:27
  • 419 Baxış
Benites hansı qapıçı üçün “qara kabus”a çevrilib?

Avropa Liqasında "Napoli"yə böyük hesabla məğlub olan (0:4) “Trabzonspor” növbəti mərhələarzusunun üstündən xətt çəkdi. Məsələ bunda deyil.

Publika.az xəbər verir ki, italyanlardan 4 qol “yeyən” Hakan Arıkanı “qara kabus” izləyir. "Beşiktaş"ın "Liverpul"a 0:8 məğlub olduğu matçda da qapını o qoruyurdu. Komandalar fərqli olsa da, Hakanın qarşısında yenə Rafael Benitez vardı. "Trabzonspor"un qapıçısı Hakan Arıkan Rafael Benitezin çalışdırdığı komandalardan 3 matçda 12 qol buraxıb.

Qeyd edək ki, 2007/08 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində "Enfild Roud"da "Liverpul"a 0:8 məğlub olan "Beşiktaş"ın qapısında Hakan Arıkan vardı. O dövrdə "Liverpul"un baş məşqçisi Rafael Benitez idi.

8 ildən sonra Hakan və Benitez yenə rəqib olub – bu dəfə başqa komandalarda.

O zaman Benitezin komandasından iki matçda 9 qol buraxan Hakan Arıkan bu dəfə “Trabzonspor” formasıyla "Napoli"dən 4 qol buraxıb. Təcrübəli qapıçı “qara kabus”a çevrilən Benitezə qarşı oynadığı 270 dəqiqə ərzində 13 qol buraxıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR