Dollar qalxdı, futbolçuların da əhvali-ruhiyyəsini qaldırdı
Bizi izləyin

İdman

Dollar qalxdı, futbolçuların da əhvali-ruhiyyəsini qaldırdı

Bir gecənin içində 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsinə qalxdı. Sadə desək, bir gecənin içində çox adamın hesab-kitabı alt-üst oldu.

Publika.az xəbər verir ki, dolların qalxması bilavasitə ölkə futboluna da ağır zərbə oldu. Niyə? Çünki əksər klublarımızın futbolçularla, əsasən də, legionerlərlə müqaviləsi dollarla bağlanıb. Və aylıq ödənişlər də dollarla aparılır. Dünənə qədər məsələn, 156 min manat (200 min dollar) illik maaş alan futbolçu indi 200 min manat almış olacaq.

Qeyd edək ki, Rusiyada da oxşar problemlər yaşanır. Bu yaxınlarda milli komandanın baş məşqçisi Fabio Kapello Rusiya Futbol İttifaqını dələduzluqda ittiham eləyib. Belə ki, Kapello müqaviləni avroyla bağlasa da, federasiya qeyd olunan məbləği rublla ödəmək istəyib. Kapello isə məzənnənin dəyişkən olduğu üçün bunu dələduzluq adlandırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm