Avropa Liqasının formatında dəyişiklik
Bizi izləyin

İdman

Avropa Liqasının formatında dəyişiklik

UEFA 2016/2017 mövsümündən etibarən Avropa Liqasının formatında müəyyən dəyişiklik edəcək.

Publika.az xəbər verir ki, daha öncə "fair-pley" qaydalarına riayət edən ən yaxşı üç ölkənin klubu Avropa Liqasında oynamaq hüququ qazanırdı.

Lakin 2016/2017 mövsümündən etibarən buna icazə verilməyəcək. Əvəzində həmin klubların federasiyalarına pul mükafatı təqdim ediləcək. Həmin məbləğ federasiyaların himayəsi altında həvəskar və peşəkar klubların inkişafına sərf olunacaq.

Qeyd edək ki, cari mövsüm "fair-pley" qaydalarına görə "Brommapoykarna" (İsveç), "Tromse" (Norveç) və MyPa (Finlandiya) klubları Avropa Liqasında oynamaq hüququ əldə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm