Kamran məğlubiyyəti ehtiyatdan izlədi, Rail isə ...
Bizi izləyin

İdman

Kamran məğlubiyyəti ehtiyatdan izlədi, Rail isə ...

Türkiyə birinci liqasında 21-ci turun oyunları davam edir.

Publika.az xəbər verir ki, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Kayserispor" səfərdə "Samsunspor"la qarşılaşıb. Kamranın ehtiyat oyunçular skamyasından izlədiyi matç kayserililərin 0:2 hesablı məğlubiyyətiylə nəticələnib.

Rail Məlikovun şərəfini qoruduğu "Dənizlispor" isə Superliqaya vəsiqə uğrunda mübarizə aparan "Osmanlıspor"un qonağı olub. "Yaşıl-qaralar" güclü rəqibiylə oyundan xalla ayrılmağı bacarıb - 0:0. Rail oyunun 80-ci dəqiqəsində meydana daxil olub.

Bu oyunlardan sonra "Kayserispor" 43 xalla 1-ci, "Dənizlispor" isə 18 xalla 16-cı pillədə qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm