• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Məhəmməd Əlinin əlcəkləri 956 min dollara satıldı

  • İdman
  • 23 Fevral 2015 08:57
  • 277 Baxış
Məhəmməd Əlinin əlcəkləri 956 min dollara satıldı

Məşhur Amerika boksçusu Məhəmməd Əlinin və Sonni Listonun əlli il əvvəlki döyüş əlcəkləri Nyu-Yorkda keçirilən hərracda 956 min dollara satılıb.

Publika.az-ın məlumatıan görə, Məhəmməd Əli məhz bu əlcəklərlə 1965-ci ildə Listona qalib gələrək ilk dəfə dünya çempionu titulunu qoruya bilib. Əlinin ilk dəfə dünya çempionu olduğu döyüşdə istifadə etdiyi digər əlcəkləri isə ötən il 836,5 min dollara satılmışdı.


Məhəmməd Əli 1999-cu ildə “Əsrin idmançısı” adını qazanıb. Əfsanəvi boksçu 1984-cü ildən Parkinson xəstəliyindən əziyyət çəkir. Bu ilin yanvarında onun 73 yaşı tamam olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR