Mayk Taysonun 15 yaşındakı görüntüsü ortaya çıxdı - VİDEO
Bizi izləyin

İdman

Mayk Taysonun 15 yaşındakı görüntüsü ortaya çıxdı - VİDEO

Boks tarixinin ən güclü idmançısı kimi tanınan Mayk Taysonun 15 yaşında keçirdiyi məşqin görüntüləri ortaya çıxıb. Rinqdə olduğu qədər özəl həyatındakı qalmaqlalları ilə də gündəmə gəlmiş "Dəmir Mayk" ləqəbli boksçunun 15 yaşındakı sürəti və texnikası diqqət çəkir.

Publika.az xəbər verir ki, Mayk Taysonun bu görüntüləri internetdə maraq doğurub. Bu video internetdə ən çox izlənənlər sırasındadır.

Xatırladaq ki, Mayk Tayson çıxdığı 58 görüşün 44-ünü nokautla başa vurub.

Tayson 1992-1995-ci illərdə zorlamaya görə məhkumluq həyatı yaşayıb.

O, Amerika boksçusu və islam dinini qəbul etmiş amerikalılardan biridir. İslam dinini qəbul etdikdən sonra adını dəyişib Malik Abdul Əziz qoyub.

Mayk Taysonun hələ 13 yaşındaykən həyatında baş verən və onun həyatını müsbət istiqamətə dəyişən hadisə boksun əfsanəsi Məhəmməd Əli ilə görüşüdür. Məhəmməd Əli və digər məşhurların çətin tərbiyə olunan uşaqlara təsir göstərmək üçün onlarla görüşü həmin dövr üçün xarakterik hal idi. Boks əfsanəsinin görüşü Maykda xoş təsir oyadır və beləliklə, o, 13 yaşında həddi-buluğa çatmayan cinayətkarlar üçün xüsusi məktəbə göndərildi. Bu məktəbdə o, idman müəllimi Bobbi Stüartla tanış oldu. Stüart onun əsl insan kimi formalaşmasında və boksla peşəkar idmançı kimi məşğul olmasında böyük rol oynadı.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm