“Neftçi”nin futbolçusu üzr istədi
Bizi izləyin

İdman

“Neftçi”nin futbolçusu üzr istədi

“Neftçi”nin futbolçusu üzr istədi

“Neftçi”nin hücumçusu Melvin Platye klubun rəsmi saytına açıqlama verib. Publika.az xəbər verir ki, hollandiyalı futbolçu “Bakı” ilə qarşılaşmadakı zəif oyununa görə azarkeşlərdən üzr istəyib:

“Bakı” ilə oyun bərabər səviyyədə keçdi. Baxmayaraq ki, bu qarşılaşmada əsas heyətimizin 4-5 futbolçusu çıxış etmirdi.

Nəticəyə gəldikdə isə sadəcə, bəxtimiz gətirmədi. Elə təkcə mənim bu matçda bir neçə dəfə qol vurmaq imkanım oldu.

Təəssüf ki, bu vəziyyətlərdən yararlana bilmədim. Rəqib isə əksinə, əlinə düşən fürsətlərdən maksimum istifadə etdi. Əlbəttə, heç kim istəməzdi ki, belə olsun.

Həmin vəziyyətləri boşa verməsəydim, nəticə fərqli ola bilərdi. Bu səbəbdən də azarkeşlərimizdən üzr istəyirəm.

Başa düşürəm ki, hücumçu kimi vəzifəm qol vurmaqdı və gələcək oyunlarda bu uğursuzluğu unutduracağam. Bizi yalnız qızıl medallar qane edir.

Çempionluq üçün əlimizdən gələni edəcəyik. İnanıram ki, azarkeşlərimizin də dəstəyi ilə bunun öhdəsindən gələ biləcəyik.

“İnter”lə oyunda da sadiq “Neftçi” azarkeşlərini stadiona dəvət edirik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm