K-1 döyüşçüləri “Xocalıya Ədalət” tələb edəcək
Bizi izləyin

İdman

K-1 döyüşçüləri “Xocalıya Ədalət” tələb edəcək

Azərbaycanın peşəkar K-1 döyüşçüləri fevralın 26-da Moskvada keçiriləcək “Russia Gran Pri Open” turnirində iştirak edəcəklər.

Publika.az xəbər verir ki, idmançılarımız turnirdə “Xocalıya Ədalət” aksiyasına qoşulacaqlar. Bu mötəbər turnirdə üç peşəkar idmançımız - Tural Bayramov, Alim Nəbiyev, Xəyal Canıyev iştirak edəcək.

İdmançılarımız “Xocalıya Ədalət” yazılı forma ilə döyüş arenasına çıxacaqlar. Peşəkar döyüşlər Rusiyanın “Boets” kanalı ilə canlı olaraq yayımlanacaq.

Alim Nəbiyevin rəqibi Kumer Caliev olacaq. Tural Bayramovun rəqibi rusiyalı Artyom Paşporin, Xəyal Canıyevin rəqibi isə “SuperBon” ləqəbli döyüşçü olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm