• USD 1,7008 0,00% EUR 1,9963 0,00%
    • GBP 2,1926 0,00% RUB 0,0287 0,00%

Gimnastlarımız 12 medal gətirdi

  • İdman
  • 23 Fevral 2015 17:57
  • 368 Baxış
Gimnastlarımız 12 medal gətirdi

Estoniyanın Tartu şəhərində bədii gimnastika üzrə “Miss Valentine” adlı beynəlxalq turnir keçirilib.

Publika.az xəbər verir ki, yarış yığmamız üçün uğurlu alınıb. Komandamız Tartu şəhərində 5 qızıl, 5 gümüş və 2 bürünc medal qazanıb.

4 çıxışın nəticəsinə görə, həmçinin ayrı-ayrı alətlərdə - halqa, top və gürzlərlə yeniyetmə gimnastımız Jalə Piriyeva 4 dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Böyüklər arasında çıxış edən Marina Durunda da gürzlərlə hərəkətlərdə qızıl medal əldə edib. O həmçinin ümumi hesaba çoxnövçülük və halqa ilə hərəkətlərdə 2 gümüş, lent və topla hərəkətlərdə 2 bürünc medal əlavə edib.

Böyüklərdən ibarət qrup hərəkətləri komandamız da çoxnövçülükdə, lent ilə hərəkətlərdə və gürzlər-halqa ilə kombinasiyada 3 gümüş mükafata yiyələnib.

Bu səfər gimnastlarımızın hava şəraitiylə əlaqədar olaraq, İstanbul hava limanında 30 saat qalmaqları ilə yadda qalıb.

Digər 2 gimnastımız Gülsüm Şəfizadə və Ayşən Bayramova isə Moskva hava limanına uğurla eniblər. Rusiyada Qran-pri yarışlarında çıxış edən Şəfizadə 4 çıxışın nəticəsinə görə 7-ci yerdə qərarlaşıb. Həmçinin top və lent ilə finallara çıxmağa müvəffəq olub. Onunla paralel gedən beynəlxalq yarışda isə Ayşən Bayramova da 7-ci pilləni tutub.

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>