Fabreqas Barselonaya qayıtdı - FOTO
Bizi izləyin

İdman

Fabreqas Barselonaya qayıtdı - FOTO

“Çelsi”nin yarımmüdafiəçisi Sesk Fabreqası dünən Kataloniyanın paytaxtı Barselonada görüblər.

Publika.az xəbər verir ki, ispan futbolçu bütün gecəni sabiq oyundaşları Lionel Messi və Xerard Pikeylə birlikdə keçirib.

Həm “Çelsi”, həm də “Barselona” üçün son çempionat oyunu uğursuz alınıb. Belə ki, “Zadəganlar” doğma meydanda “Bernli”ylə heç-heçə oynayıb. Kataloniyalılar isə gözlənilmədən “Malaqa”ya məğlub olub və ardıcıl 11 oyunluq qələbə seriyası qırılıb.

Amma bu nəticələr köhnə dostların bir araya gələrək, əylənməsinə mane olmayıb. Fabreqas oyundan sonra birbaşa Barselonaya uçub. Bu gün isə “Barsa”nın Çempionlar Liqasında “Mançester Siti”ylə oyunu var. Nə bilmək olar, bəlkə də Sesk köhnə komandasına Premyer Liqa təmsilçisindən xəbər gətirib...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm