• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Bakı”nın keçmiş futbolçusundan şok açıqlama - Oyun alqı-satqısından danışdı

  • İdman
  • 24 Fevral 2015 13:41
  • 467 Baxış
“Bakı”nın keçmiş futbolçusundan şok açıqlama - Oyun alqı-satqısından danışdı

Vaxtilə “Bakı”da çıxış etmiş Latviya yığmasının sabiq oyunçusu Maris Verpakovski ölkəsində futbolun durumunu şərh edib.

Publika.az xəbər verir ki, hazırda “Liepaya” klubunun prezidenti olan Verpakovski futbolçuların məvacibindən və Latviya çempionatında oyun alqı-satqısından danışıb:

“Təbii ki, Ukraynada olan məvacib Latviyada yoxdu. Bizdə bəzən futbolçular hətta ölkədə olan orta aylıq əmək haqqından da az məvacib alırlar. Bizim futbolda orta aylıq məvacib 500 avro, bəlkə də bir az çoxdur. Latviyanın hər yerində vəziyyət belədir. Futbolçular özlərini digərlərindən fərqli hiss etmirlər. Ancaq bütün futbolçuların bir istəyi var: milliyə dəvət almaq və daha güclü çempionatda çıxış etmək.

Latviya çempionatının əsas bəlası danışılmış oyunlardır. Ötən il bir klubun prezidentini həbs etdilər. Hər kəs onların hansı işlə məşğul olduğunu bildi. Düşünürəm ki, bu il onları çempionata buraxmayacaqlar. Danışılmış oyunlarda iştirak edən bir klub elitadan gedib. Xeyli adamı həbs ediblər. Hələ məhkəmə olmayıb. Ümid edirəm ki, futbol Latviyada güclü olmasa da, ən azı təmiz olacaq”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR