• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

DÇ-2022 qışda baş tutacaq – Rəsmi açıqlama

  • İdman
  • 24 Fevral 2015 14:56
  • 223 Baxış
DÇ-2022 qışda baş tutacaq – Rəsmi açıqlama

Bir neçə gün əvvəl 2022-ci ildə Qətərda keçiriləcək dünya çempionatının noyabr-dekabr aylarında keçirilməsiylə bağlı FİFA-nın Qətər hökumətiylə razılığa gəldiyini xəbər vermişdik. Yekun qərarın isə martda keçiriləcək İcraiyyə Komitəsinin iclasında açıqlanacağı deyilirdi. Amma...

Publika.az xəbər verir ki, ali futbol qurumu mundialın noyabr-dekabr aylarında keçiriləcəyini rəsmən açıqlayıb.

Buna səbəb yayda Qətərdə həddindən artıq isti hava şəraitinin olmasıdır.

6 ay davam edən danışıqlardan sonra 3-cü və son iclas Dohada baş tutub. İclasın sonunda FIFA qərarını verib. Beynəlxalq quruma daxil olan bütün 6 konfederasiya bu qərarı dəstəkləyib.

İndi bircə turnirin keçirilmə müddəti dəqiqləşməyib. “Qətər-2022”-nin işçi qrupu turnirin 26 noyabr – 23 dekabr tarixlərində keçirilməsini təklif edir. Bu təklif FİFA-nın İcraiyyə Komitəsinin martın 19-20-də Sürixdə keçiriləcək iclasında müzakirə olunacaq. Yekun qərar isə daha sonra açıqlanacaq.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR