Futbolun kövrək üzü – ürəyi zəif olanlar baxmasın! – VİDEO
Bizi izləyin

İdman

Futbolun kövrək üzü – ürəyi zəif olanlar baxmasın! – VİDEO

Deyirlər futbol sərt oyundur. Razılaşmamaq olmur. Kobud mübarizəylə qarşılaşırsan, 90 dəqiqə güc sərf edirsən, dözümlülük nümayiş etdirirsən, bəzən isə bəxtsiz zədələrlə üzləşirsən.

Yuxarıda sadalananlara baxmayaraq, futbol yenə də milyonların sevimli oyunudur. Futbolun sərt üzü olduğu kimi, kövrək üzü də var. Son illərdə azmı görmüşük futbolun sosial həyata təsirini. Futbolçular var ki, kasıblar üçün xeyriyyə fondu yaradıb, futbolçular var ki, doğulduğu torpaqda uşaqların məşğuliyyəti üçün məktəblər açıb. Təəssüf ki, Azərbaycanda hələ ki, belə hallara rast gəlməmişik. Elə epizodlar var ki, görəndə adamın ürəyi titrəyir, hələ bir az kövrək insanların göz yaşlarını saxlaya bilmədiyini də söyləyə bilərik.

Publika.az Ronaldinyo, Messi, Ronaldo, İbrahimoviç kimi dahilərin və başqalarının necə böyük ürəyə sahib olduğunu göstərən videonu təqdim edir. Duyğulanmamaq mümkün deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm