• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Mahir Şükürovu sabiq “Qalatasaray”lı çalışdıracaq

  • İdman
  • 24 Fevral 2015 17:58
  • 402 Baxış
Mahir Şükürovu sabiq “Qalatasaray”lı çalışdıracaq

Milli komandamızın müdafiəçisi Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka” baş məşqçi postundan ayrılan Yusuf Şimşəyə əvəz tapıb.

Publika.az xəbər verir ki, Türkiyənin 1-ci divizion klubunu bundan sonra “Qalatasaray”ın sabiq futbolçusu Ayhan Akman çalışdıracaq.

Bu gün klubun ofisində baş tutan görüşün yekunu olaraq 38 yaşlı mütəxəssislə müqavilə imzalanıb.

Maraq üçün əlavə edək ki, Ayhan Akman son olaraq “Ərciyəsspor”da Bülənt Qorxmazın köməkçisi vəzifəsində çalışıb.

“Karşıyaka” hazırda Türkiyə PTT I liqasında 30 xalla 8-ci pillədə qərarlaşıb. Mahir Şükürov cari mövsümdə 16-sı çempionatda, biri kubokda olmaqla 17 matça çıxıb və bütün oyunlarda 90 dəqiqə meydanda olub, 2 qol və 8 sarı vərəqəylə yadda qalıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR