Bir qol yetər - “Neftçi” Avroliqaya hazırlaşır?
Bizi izləyin

İdman

Bir qol yetər - “Neftçi” Avroliqaya hazırlaşır?

Bu gün Azərbaycan Premyer Liqasında 3-cü turdan təxirə salınmış bir oyun keçirilib.

Publika.az xəbər verir ki, millilərin təlim-məşq toplanışıyla əlaqədar yaranan fasilədən istifadə edən AZAL və “Neftçi” Şüvəlanda “AZAL Arena”da üz-üzə gəlib.

Mövsümün ikinci yarısının ilk turunda görüşən paytaxt təmsilçiləri son 25 gündə 2-ci dəfə eyni məkanda münasibətlərini aydınlaşdırıb.

Hər iki komanda mövsümü mükafatçılar sırasında başa vurub, avrokuboklara yüksəlməyə iddialı olduğundan matçın əhəmiyyəti böyük idi. “Neftçi” həm ilin əvvəlindəki 1:2 hesablı məğlubiyyətin qisasını almaq, həm də “Qarabağ”a son məğlubiyyəti unutdurmaq üçün meydana çıxmışdı. İlk dəqiqələrdən də bunu hiss etmək çətin deyildi.

Oyuna sürətli başlayan qonaqlar 8-ci dəqiqədə Kanalesin qoluyla hesabı açdı. Amma bundan sonra tərəflər fərqlənə bilmədi. Minimal hesabla qalib gələn “Neftçi” 3-cü pillədəki mövqeyini daha da möhkəmləndirdi.

“Təyyarəçilər” isə son 3 ev matçında uduzmadığı rəqiblə qarşılaşmalardakı seriyanı davam etdirə bilmədi.

Premyer Liqa, 3-cü turdan təxirə salınan oyun

24 fevral

AZAL – “Neftçi” - 0:1

Nikolas Kanales, 8.

Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Nahid Əliyev, Coşqun Həsənov

Bakı. “AZAL Arena” stadionu

AZAL: 16. Stanislav Namaşko, 3. Xuan Fransisko, 4. Laşa Kasradze, 5. Kərim Diniyev, 15. Oskars Klava, 21. Novruz Məmmədov, 17. Viktor İqbekoyi, 23. Aleksandr Şemonayev, 8. Seymur Əsədov, 27. Rəşad Abdullayev (k), 20. Freddi Mombonqo.

Baş məşqçi: Tərlan Əhmədov.

Neftçi: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 9. Flavinyo (k), 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Əziz Quliyev, 18. Kaue da Silva, 21. Samir Məsimov, 27. Məqsəd İsayev.

Baş məşqçi: Arif Əsədov.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm