Bekhemin oğlunu akademiyadan qovurlar
Bizi izləyin

İdman

Bekhemin oğlunu akademiyadan qovurlar

İngiltərə futbolunun canlı əfsanələrindən birinə çevrilən Devid Bekhemin nüfuzunu müzakirə etməyə ehtiyac yoxdur. Dünyanın ən populyar idmançılarından olan “Beks”in övladları da futbolla məşğul olur.

Publika.az xəbər verir ki, Devidin böyük oğlu Bruklin “Arsenal”ın futbol akademiyasında təhsil alır. Bu yaxınlarda o, U-18-ə də dəvət edilib. Burada oynayan yeniyetmələrin növbəti dayanacağı isə adətən əsas komanda olur. Amma Bruklinin sevinci uzun sürməyə bilər. Səbəblər müxtəlifdir.

Çoxları balaca Bekhemin bura qədər atasının hesabına yüksəldiyini düşünür. Bu yaxınlarda Bruklin yeniyetmələr arasında Qətərdə keçirilən turnirdə “Topçular”ın iştirak ərizəsinə düşmədi. Bu isə onun rəqabətdə həmyaşıdlarına uduzması anlamına gəlir. Həm də onun “Arsenal” azarkeşləri üçün doğma olan “14 nömrə”ni daşıması (azarkeşlər Anrinin geydiyi bu “nömrə”ni özləri üçün əbədiləşdirib) çoxlarında qıcıq yaradır.

Belə görünür ki, “Arsenal”la qısamüddətli müqaviləsi olan Bruklin yeni mövsüm üçün özünə başqa klub axtarmalıdır. Amma onun kiçik qardaşları – Romeo və Krus London klubunda qalacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm