• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

BAKI-2015: Azərbaycan Türkiyəylə üz-üzə

  • İdman
  • 26 Fevral 2015 13:21
  • 326 Baxış
BAKI-2015: Azərbaycan Türkiyəylə üz-üzə

Bakı 2015 Avropa Oyunları voleybol yarışlarının seçim turunda iştirak edəcək qrupların tərkibini açıqlayıb.

Publika.az-ın məlumatına görə, voleybol yarışlarında 12 kişi və 12 qadın idmançılardan ibarət komandalar iştirak edəcək.

Həm kişi, həm də qadınlardan ibarət 9 komanda Avropanın son reytinq siyahılarında tutduqları yerlərə görə seçim mərhələsindən keçiblər. Ev sahibi kimi Azərbaycanın milli komandası seçim mərhələsində birbaşa iştirak edəcək. Digər iki komanda Avropa Voleybol Konfederasiyasının Liqasının son dörd yarışlarında tutduqları yerə əsasən iştirak etmək hüququ qazanıblar.

Hazırkı Olimpiya çempionu Rusiya London Olimpiya Oyunlarının bürünc medal sahibi olan İtaliya ilə kişilərin B qrupunda yarışacaq. A qrupunda isə dünya çempionu Polşa ilə güclü Serbiya və ötən il dünya çempionatında dördüncü yerə layiq görülən Fransa yarışacaq.

2011 və 2013-cü illərin Avropa çempionatlarının final mərhələsinin iştirakçıları Serbiya, Rusiya və Almaniya eyni qrupa təyin edildikləri üçün qadınlardan ibarət seçmə turların yarışları xüsusi marağa səbəb olacaq.

İlk Avropa Oyunlarında çıxış edəcək voleybol komandalarının yer aldığı qruplar (komandaların Avropa reytinqlərindəki yerləri əks olunub)

Kişilər

A qrupu: AZƏRBAYCAN (34 - ev sahibi), Serbiya (3), Polşa (4), Fransa (7), Finlandiya (8), Türkiyə (13)

B qrupu: Rusiya (1), İtaliya (2), Bolqarıstan (5), Almaniya (6), Belçika (9), Slovakiya (10)

Qadınlar

A qrupu: Azərbaycan (12 - ev sahibi), İtaliya (2), Türkiyə (4), Polşa (6), Belçika (8), Rumıniya (15)

B qrupu: Rusiya (1), Serbiya (2), Almaniya (5), Hollandiya (6), Xorvatiya (8), Bolqarıstan (10)

Qeyd edək ki, hər qrupdan 4 komanda yarışların 1/4 final mərhələsinə vəsiqə qazanacaq. Voleybol yarışları 13 iyun tarixindən etibarən "Crystal Hall"da keçiriləcək və ümumilikdə 336 idmançı iştirak edəcək.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR