• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Azərbaycan dueti Soçidə rekorda imza atdı - FOTOLAR

  • İdman
  • 17 Fevral 2014 21:29
  • 1 844 Baxış
Azərbaycan dueti Soçidə rekorda imza atdı - FOTOLAR

Soçidə keçirilən XXII Qış Olimpiya Oyunlarında fiqurlu konkisürmə duetlərinin çıxışına bu gün yekun vurulacaq.

Yarışın ilk günündə qısa rəqslə məharətlərini göstərən idmançılar bu dəfə sərbəst proqramda bacarıqlarını nümayiş etdirirlər.

Azərbaycanı təmsil edən Aleksey Sitnikov – Yuliya Zlobina dueti də büz üzərinə çıxıb. Qısa rəqsdə inamlı təsir bağışlayaraq, 14-cü olan cütlüyümüz bu dəfə “8” nömrə altında mübarizə aparıb. İlk gündə hakimlərdən 58,15 bal alan cütlüyümüzün ikinci çıxışı daha uğurlu alınıb və onlar 91,78 bala layiq görülüb. Bununla da 2 nəticənin cəmində 148, 63 bal toplayan Sitnikov – Zlobina dueti yığmamızın rekorduna imza atıb. Çünki təmsilçilərimiz ən azı 14-cü yeri özlərinə təmin ediblər.

Qeyd edək ki, indiyədək “Ağ Olimpiada”da rekordumuz 16-cı yer idi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR