Bakıya 100-dən çox holland gələcək
Bizi izləyin

İdman

Bakıya 100-dən çox holland gələcək

İyunda Bakıda keçiriləcək Avropa Oyunlarına gələcək daha bir ölkə yığmasının təxmini sayı bəlli olub.

Publika.az xəbər verir ki, Hollandiya Milli Olimpiya Komitəsi Azərbaycanda 100-dən artıq idmançını sınaqdan çıxaracağını açıqlayıb.

Komandanın rəhbəri Yerun Beyl ilk Avropa Oyunlarının əhəmiyyətindən danışıb: “İlk Avropa Oyunlarına 100-dən artıq idmançı ilə yollanacağıq. Yarışa böyük önəm veririk. Çünki burada idman növlərinin əksəriyyətində Rio-de-Janeyro-2016-ya lisenziya xalları da veriləcək”.

Qeyd edək ki, hollandların Bakı-2015-ə gələcəyi heyətin dəqiq sayı bugünlərdə bilinəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm