Ruslar qalib oldu
Bizi izləyin

İdman

Ruslar qalib oldu

Fevralın 26-da UEFA Avropa Liqasında 1/16 final mərhələsinin cavab oyunları keçirilib.

Publika,az-ın məlumatına görə, Moskva "Dinamo"su Belçikanın "Anderlext" klubunu qəbul edib. Hesabı 29-cu dəqiqədə qonaqlar açıb. Rusların cavab qolu 47-ci dəqiqədə gəlib: Aleksey Kozlov hesabı bərabərləşdirib.

64-cü dəqiqədə Kokorin penalti zərbəsindən yararlana bilməsə də, Artur Yusupov belçikalıları məyus edib. Sonuncu dəqiqədə Kevin Kuranyi son nöqtəni qoyub - 3:1.

İlk görüş qolsuz bərabərə qaldığından, bu hesab rusları növbəti mərhələyə yüksəldib.

Sankt-Peterburqda isə yerli "Zenit" ilk görüşdə minimal hesabla qalib gəldiyi "PSV Eyndhoven"lə qarşılaşıb. Bu dəfə də ruslar hollandlardan üstün olublar. Oyun "Zenit"in 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm