İdman
“Qarabağ”ı Avropa Liqasının qrup mərhələsində çıxış etdiyi vaxtdan tanıyıram”
Azərbaycan Premyer Liqasının 24-cü turunda “Qəbələ” “Qarabağ”la qarşılaşaсaq. Ötən tur “Xəzər Lənkəran” üzərində əzmkar qələbə (3:1) qazanan “Qırmızı-qaralar” səfər qarşılaşmasında da uğurlu nəticə əldə etmək iddiasındadır.
Publika.az xəbər verir ki, “Qəbələ”nin belaruslu müdafiəçisi Mixail Sivakov klubun rəsmi saytına açıqlamasında qarşıdakı görüşlə bağlı fikirlərini bölüşüb:
“Çempionatın lideri ilə qarşılaşacağıq. Bu üzdən futbolçuların əlavə köklənməsinə ehtiyac yoxdur. “Qarabağ”ı Avropa Liqasının qrup mərhələsində çıxış etdiyi vaxtdan tanıyıram. Rəqibimizin “Dnepr”lə hər iki oyununu izləmişdim. Güclü komandaya qarşı oynayacağıq. Bizim üçün bu oyunda qələbə çox vacibdir. Nəzəri hazırlıq zamanı onların oyununu daha dərindən təhlil edib, güclü və zəif tərəflərini üzə çıxaracağıq.
Ötən turda qalib gəlməyimiz yaxşı oldu. “Qarabağ”la görüşə yüksək əhval-ruhiyyədə hazırlaşırıq. Qazanılan hər qələbə təkcə hesabımıza xallar gətirmir, həm də özünəinamı artırır. Hesab edirəm ki, “Qarabağ”la oyunda nəticə qazanmaq gücümüzə görədir. Bunun üçün kollektiv oyun göstərməli, bir-birimiz üçün mübarizə aparıb, gücümüzü ortaya qoymalıyıq”.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO