Avropa Liqası 1/8 final mərhələsinin püşkü atılıb
Bizi izləyin

İdman

Avropa Liqası 1/8 final mərhələsinin püşkü atılıb

Fevralın 27-də futbol üzrə Avropa Liqası 1/8 final mərhələsinin püşkü atılıb.

Publika.az xəbər verir ki, 1/16 final mərhələsində İngiltərənin "Liverpul" klubunu mübarizədən kənarlaşdıran Türkiyənin "Beşiktaş" klubu növbəti mərhələdə Belçikanın "Brügge" klubu ilə qarşılaşacaq.

"Qarabağ"la eyni qrupda mübarizə aparmış Ukraynanın "Dnepr" klubu isə 1/8 finalda Hollandiyanın "Ayaks" komandası ilə görüşəcək.

1/8 finalın ilk oyunları martın 12-də, cavab görüşləri isə 19-da keçiriləcək.

Avropa Liqasında 1/8 final mərhələsi:

“Everton” (İngiltərə) - “Dinamo” (Kiyev, Ukrayna)

“Dnepr” (Ukrayna) - “Ayaks” (Hollandiya)

“Zenit” (Rusiya) - “Torino” (İtaliya)

"Volfsburq" (Almaniya) - “İnter” (İtaliya)

“Vilyarreal” (İspaniya) - “Sevilya” (İspaniya)

“Napoli” (İtaliya) - “Dinamo” (Moskva, Rusiya)

“Brügge” (Belçika) - “Beşiktaş” (Türkiyə)

“Fiorentina” (İtaliya) - “Roma” (İtaliya)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm