FİFA kompensasiya ödəməyəcək
Bizi izləyin

İdman

FİFA kompensasiya ödəməyəcək

2022-ci ildə Qətərdə təşkil olunacaq futbol üzrə dünya çempionatının qış aylarında keçirilməsi barədə qərar qəbul ediləcəyi təqdirdə futbol federasiyaları və klublara heç bir pul kompensasiyası verilməyəcək.

Publika.az-ın məlumatına görə, bu barədə məlumat verən FİFA-nın baş katibi Jerom Valke nəzərdə tutulan dəyişikliyə uyğunlaşmaq üçün 7 ilin kifayət edəcəyini vurğulayıb.

Bir qədər əvvəl aralarında Münhenin “Bayer” klubunun prezidenti Karl-Haynts Rummenigginin də olduğu bəzi futbol funksionerləri çempionatın təqviminin dəyişdirilməsi ilə əlaqədar mümkün ziyana görə FİFA-dan pul tələb edəcəklərini bildirmişdilər.

Qeyd edək ki, işçi qrupu FİFA-ya Qətərdə yay fəslinin həddən artıq isti olmasını nəzərə alaraq futbol üzrə dünya çempionatını 2022-ci ilin noyabr-dekabr aylarında keçirməyi tövsiyə etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm