Avropa çempionumuz daha bir medal qazandı
Bizi izləyin

İdman

Avropa çempionumuz daha bir medal qazandı

Misirdə “Luxor Open” beynəlxalq turnirinin ilk gününün qalibləri bəlli olub.

Publika.az-a Taekvondo Federasiyasından verilən məlumata görə, Lüksor şəhərində keçirilən G-2 kateqoriyalı yarış Azərbaycan millisi üçün uğurla başlayıb. Belə ki, yığmamızın liderlərindən Radik İsayev turnirin gümüş medalına yiyələnib. 87 kq çəki dərəcəsində gücünü sınayan Avropa çempionu finalda rusiyalı Vladislav Larinə uduzaraq, ikinci yerlə kifayətlənib.

Taekvondoçularımızdan Mikayıl Əliyevlə (58 kq) Natiq Abdullayev (54 kq) ilk, Maqomedyassin İbrahimov (58 kq) isə ikinci döyüşündə məğlub olub.

Qeyd edək ki, martın 1-də başa çatacaq “Luxor Open”də daha 7 idmançımız nəyə qadir olduğunu nümayiş etdirəcək.

Xatırladaq ki, R.İsayev 2013-cü ildə dünya çempionatında 3-cü yer tutub. 2014-cü ildə isə Bakıda keçirilən Avropa çempionatında qızıl medala layiq görülüb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm