• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İdman dünyasını silkələyən 15 seks qalmaqalı - FOTOLAR

  • İdman
  • 28 Fevral 2015 19:08
  • 2 424 Baxış
İdman dünyasını silkələyən 15 seks qalmaqalı - FOTOLAR

İdmanın tanınmış simaları, xüsusilə də idmançıların şəxsi həyatları həmişə cəmiyyətin, mətbuatın diqqət mərkəzində olur. Onların gündəlik həyatı paparatsilərin nəzərindən yayınmır. Tanınmış idmançıların gizli eşq hekayələri, intim həyatları xüsusilə izlənir. Bu səbəbdən həmin idmançıların çoxu qalmaqallar yaşayıb.

Komanda.az sizə şəxsi həyatında qalmaqal yaşayan idmançıların bir qismini təqdim edir.

Cermen Defo - Defo "Tottenhem"də çıxış etdiyi vaxtlarda uşaqların oyun meydançasının yaxınlığında maşında gənc xanımla sekslə məşğul olarkən polislər tərəfindən həbs edilib. O, ictimai asayişi pozduğu üçün "içəri" düşmək təhlükəsiylə də üzləşib. Amma İngiltərə millisinin üzvü olduğu üçün polislər tərəfindən cərimələndikdən sonra sərbəst buraxılıb.

Kərim Benzema və Frank Riberi - Fransa millisinin üzvləri yetkinlik yaşına çatmayan Zahya Deharla pul müqabilində cinsi əlaqədə olduqları üçün məsuliyyətə cəlb edilmişdilər. Fransa məhkəməsi onların bu əməllərini sübut edəcək yetərli dəlillər tapa bilməmişdi.

Tyerri Anri - Anri də yerliləri kimi qalmaqalla üzləşib. Ancaq onun əməlində hansısa cinayət detalları olmayıb. O, reklam çəkilişlərindən birində Paz Veqayla tanış olub. Futbolçu Veqayla münasibətlərini açıq şəkildə etiraf etdib. Bu səbəbdən həyat yoldaşı Klayre ondan boşanmaqla yanaşı, 10 milyon avro təzminat tələb edib.

Patris Evra - Hazırda "Yuventus"da çıxış edən fransız futbolçu "Mançester Yunayted"də oynadığı vaxtlarda Karla Hou ilə otellərdən birində görüntülənmişdi. Bu səbəbdən həyat yoldaşı ondan ayrılmaq istəsə də, Evra buna imkan verməmişdi.

Ueyn Runi - İngiltərə millisinin üzvü "cavanlıq səhvi"nin qurbanı olub. Helen Vudla adlı xanım Runiylə subay vaxtı yaşadıqlarını televiziya kanallarından birində danışması, futbolçuya ciddi problem yaratmışdı. Bu hadisədən sonra həyat yoldaşı Ueyndən ayrılmaq istəsə də, o və dostları buna əngəl ola bilmişdi. İngiltərə Futbol Federasiyası qalmaqal zamanı futbolçuya dəstək çıxmaqla ictimaiyyətin alqışını qazanmışdı.

Kobi Brayan - Tanınmış basketbolçunun 2003-cü ildə Katelin Feybir adlı qıza təcavüz etdiyi barədə xəbər yayıldı. Bundan sonra ictimaiyyətin təzyiqləriylə üzləşən Kobidən əməkdaşlıq etdiyi şirkətlər də imtina etmişdi. Brayan çətinliklə vəziyyəti dəyişə bilmişdi.

Məsut Özil - "Arsenal"ın yarımmüdafiəçisinin Melanye Rikingerlə gizli münasibətlərinin ortaya çıxmasından sonra nişanlısı Mandi Kapristo futbolçudan ayrılmaq qərarına gəlmişdi.

Eşli Koul - Eşli Koul model Bruk Hilə çılpaq şəkillərini göndərdiyi zaman həyat yoldaşı Çeril tərəfindən yaxalanıb. Bundan sonra həyat yoldaşı Kouldan boşanmaq qərarına gəlib.

Con Terri - İngiltərə futbolu bu qalmaqalı çətin ki unuda. Söhbət Terrinin keçmiş dostu Ueyn Bricə xəyanətindən gedir. Belə ki, Terri Bricin uşağının anası Vanessa Porronsellə münasibət qurduğuna görə nəinki dostunun, hətta bütün İngiltərənin təzyiqiylə üzləşdi. Terri dostuyla yanaşı, İngiltərə millisinin kapitanlığından məhrum oldu.

Ronaldo Nazario - "Fenomen" də qalmaqallarıyla həmişə gündəmdə olub. Onun daha çox diqqət çəkən qalmaqalı isə transseksuallarla bağlıdı. Belə ki, bir neçə "xanım"la tanış olan Ronaldo kimlərlə münasibətdə olduğunu yataq otağında anlayıb. Peşman olan "sambaçı" transseksualların şantajıyla üzləşmiş, müəyyən məbləğ qarşılığında onlardan canını qurtara bilmişdi.

Rayan Giqqz - Giqqzin qalmaqalı barədə bir müddət əvvəl məlumat vermişdik. Qardaşının həyat yoldaşıyla münasibət quran uelsi futbolçu bunu adi qarşılasa da, qardaşı, ailəsi və ictimaiyyət tərəfindən qınaq obyektinə çevrildi. Belə böyük qalmaqal onun karyerasına ciddi təsir göstərmədi.

Mayk Tayson - İndianadakı otellərdən birində 18 yaşlı qıza təcavüz edən Taysonun əməli isə cəzasız qalmayıb. Həbs edilən boksçu məhkəmə qərarıyla 6 il müddətinə azadlıqdan məhrum edilsə də, daha sonra cəza müddəti 3 il azaldılmışdı. Mayk azadlığa çıxdıqdan sonra karyerasını bərpa etməyə çalışsa da, buna nail ola bilmədi.

Sven-Yoran Eriksson: İsveçli mütəxəssisin İngiltərə millisinin baş məşqçisi postunda çalışdığı vaxtlarda Fariya Alamla gizli eşq yaşadığı ortaya çıxmışdı. Eriksson məsələyə münasibət bildirərkən, bunu adi qarşılamış və İngiltərə Futbol Federasiyasının baş katibi Mark Palyosla da münasibətdə olduğunu etiraf etmişdi. Palyos bu açıqlamadan sonra istefa versə də, Sven postunda çalışmağa davam etmişdi.

Kriştiano Ronaldo - Ronaldo "Mançester Yunayted"də çıxış edərkən mətbuatda onun 6 xanımla pul müqabilində 6 saat əyləndiyi barədə məlumat yayıldıqdan sonra klub rəhbərliyi tərəfindən cəzalandırılmışdı.

Rio Ferdinand - İngiltərə millisinin Kiprə səfərindən sonra televiziya kanallarında komandanın bir sıra üzvlərinin yerli xanımlarla seks videoları yayımlandı. Futbolçulardan yalnız Ferdinand görüntülərin onlara məxsus olduğunu etiraf etmişdi.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR