Elmar Qasımov - “Füzuli Ələkbərovun üzünü heç iki ilə yaxındır ki, görmürük”
Bizi izləyin

İdman

Elmar Qasımov - “Füzuli Ələkbərovun üzünü heç iki ilə yaxındır ki, görmürük”

Azərbaycan Cüdo Federasiyasında problemlərin olması barədə hər zaman məlumat vermişik. Füzuli Ələkbərovun federasiyasında əsas problemlərdən biri də idmançıların məvacibinin gecikməsidir. Bildirmişdik ki, idmançılar federasiyadan maaşlarını ala bilmirlər.

Bu xəbərdən sonra Federasiyanın baş katibi Elnur Camalxanov redaksiyamızla əlaqə saxlayaraq belə halın olmadığını bildirmiş, təkzib edilməsini istəmişdi. Düzdür, təkzib yazmadıq.

Amma Publika.az-da gedən məlumat öz təsdiqini tapıb. Belə ki, Azərbaycanlı cüdoçular bu gün etiraz aksiyası keçirdilər. Azərbaycanı beynəlxalq yarışlarda təmsil edən cüdoçular federasiya rəhbərliyinin biganəliyindən, onlara qarşı diqqətsizliyindən və maaşların azlığından şikayətləndilər.

Köhnə "Neftçibaza" adlanan yerdə yığışıb etiraz edən idmançıların arasında Nicat Şıxəlizadə, Elmar Qasımov kimi beynəlxalq yarışların mükafatçıları və çox tanınmış idmançılar da vardı.

Etiraz edənlər içərisində gənclər arasında Avropa çempionu, böyüklər arasında Avropa 2-cisi və olimpiya iştirakçısı Elmar Qasımov da olub.

E.Qasımov Publika.az-a etirazın əsas səbələrindən və federasiyadakı problemlərdən danışdı:

- Siz və bəzi cüdoçularımız Köhnə "Neftçibaza" adlanan yerdə yığışıb etirazın səbəbi nə idi? Maaşa görə?

- Tək maaş problem deyil.

- Başqa nə problem var?

- Federasiya bizi təlim-məşqlərə göndərmir. Azərbaycanda olan təlim-məşqlər də pis gündə keçirilir.

- Siz bu barədə şikayətinizi federasiyanın rəhbərliyinə ünvanlamayıbsız?

- Biz bu şikayətlərimizi artıq bir neçə ildir ki, vitse-prezidentlərə deyirik. Onlar da hər dəfə deyirdilər ki, yaxşı olacaq düzələcək. Amma hal-hazırda heç maliyyələşdirə də bilmirlər.

- Bəs Almaniyaya kim göndərmişdi sizi?

- Bizi Almaniyaya Gənclər və İdman Nazirliyi göndərmişdi, federasiya yox.

- Bu dəfə etirazını bir nəticə verdimi?

- Hələ ki, bir az olar çəkiliş olub və efirə getməyib. İstəyirik ki, problemimiz həll olunsun.

- Yəqin ki, federasiyanın bu etirazdan xəbəri oldu. Nəysə mane olmağa, sizi bu yoldan döndərməyə çalışmadılar?

- Çalışdılar. Dedilər gəlin biz həll edək. Amma biz artıq bunları çox eşitmişik. 6-7 nəfərə maaş verirlər. Halbuki yığmada 30-40 nəfər var.

- Maaş alanlar içərisində əcnəbi idmançı da var?

- Bizim federasiyada əcnəbi yoxdur. Bir nəfər var, ağır çəkidə güləşir. O da maaş ala bilmir.

- Federasiyanın prezidenti Füzuli Ələkbərovun bu məsələdən yəqin ki xəbəri var?

- Biz onu heç iki ilə yaxındır ki, görmürük. Dəqiq deyə bilmərəm, bəlkə Füzuli müəllim pul verir bizə çatmır.

- Etiraz edənlər içərisində sizinlə bərabər kimlər var idi?

- İlqar Müşkiyev, Orxan Səfərov, Ramin Qurbanov, Tərlan Kərimov, Nicat Şıxəlizadə, Rüstəm Orucov və digər yığma heyəti.

- Dediniz məşqlər burada olur, həm də yaxşı keçirilmir. Xaricə niyə aparmırlar, buna nə ad verirlər?

- Vəziyyət o dərəcəyə gəlib ki, özümüz pul verib getmək istəyirik. Federasiya rəhbərliyinin nə vecinə ki, biz yer tutduq ya da uduzduq. Əsas pulları ciblərində qalsın. Müəllimlərin hamısına yüksək maaş verirlər ki, idmançılar danışanda desinlər ki, “Səhvi özünüzdə axtarın”.

Hacı müəllimə (yığmanın baş məşqçisi Hacıağa Hacıəhmədov – red.) deyirik ki, Dusseldorfda uduzmağımızın səbəbi federasiyadır. Deyir “Səhvi özünüzdə axtarın”. Təbii ki, ona və digər məşqçi heyətinə 3-4 min maaş verirlər. İstəməzlər ki, federasiya dəyişilsin, onları da işdən çıxardsınlar.

- Elmar bəy alıdğımız məlumatıara görə, Hacıağa müəllim heç yaxşı məşq keçə bilmir. Bundan əlavə əsil idmançı ruhunu anlamır. Düzdür?

- (gülür) Təbii ki, bu belədir. Çünki özü dünya səviyyəli idmançı olmayıb ki, bizi başa düşə. Harada nə görürlər o məşqi verirlər.

- Bir məlumat da var ki, idmançılar Peter Zayzenbaherdən razı imiş. İndiki onun məşqçini keçə bilmir.

- Razıyam o məşqçi kimi yaxşı idi. Ancaq ondan öncə də biz Avropada və dünyada yerlər tutmuşuq. Bizə sadəcə təlim məşqlər lazımdır.

- Bəs bütün bu problemlər içərisində I Avropa Oyunlarına necə hazırlaşırsız?

- Avropa oyunlarına hazırlığımızı Dusseldorfdakı Qran-Pri turniri göstərdi.

- Məşqçinin dəyişilməsini tələb etmədinizmi?

- Yox məşqçinin dəyişilməsini tələb etməmişik. Çünki dediyim kimi biz məşqçidən aslı olmayaraq medallar qazanmışıq. Sadəcə bizə rahat və keyfiyyətli məşq etməyə rahat və keyfiyyətli şərait lazımdır.

- Bəs Elnur Məmmədli də sizing kimi bir idmançı olub. Sizi daha yaxşı anlamalıdır. O da kömək etməyə çalışmayıb?

- Elnur da zəng elədi. Amma Elnura nazir vəzifəsi verilməyib ki, cüdonu maliyyələşdirisin. Bu problem ancaq Füzuli müəllim həll edə bilərdi Federasiyada pul miqdarı çoxdur. İldə ən az 2 milyon. Zayzenbaher olanda bu məbləğ 3 milyon idi, ondan öncə və sonra isə pis gündə idi.

Yəni illik maaşlar, xaricdə təlim-məşqlər, beynəlxalq turnirlərdə yer tutan idmançıara mükafatlar…

İl ərzində 40 nəfərə hesab olunarsa bu heç də böyük məbləğ deyil.

- Federasiyanın imkanı yoxdu, yoxsa pulu idmançılara qıymırlar?

- Deyilənə görə imkan yoxdur. Amma bu heç inandırıcı deyil.

- Sonuncu dəfə idmançılara nə vaxt maaş veriblər?

- Maaşı hər ay verirlər amma az-maz. Məsələn Tərlan Kərimov Avropa ikincisi, olimpiya iştirakçısı, axrıncı Qrand-Slam turnirində ikiyə çıxdı. Amma 250 manat maaş alır. Mehdiyev Məmmədəli Avropa və dünya 3-cüsüdür. Məşqlərdə çiyni zədələndi əməliyyat pulunu öz cibindən ödədi. Həmçinin federasiya maaşını kəsdi.

- 250 manat?

- Bəli 250 manat. Gülməli gəlir elədir? Bundan əlavə Ramin Qurbanov Avropa və dünya 3-cüsü, universiada qalibidir. 4 ildir ki o da maaş almır. Halbuki 90 kq-da bir nömrəli idmançıdır. Federasiyada maksimum maaş 100 manatdır, onu da 3 nəfər alır. Onlar da Elxan Məmmədov, Orxan Səfərov və mənəm. İki nəfər də 500 manat alır, digərləri də almır.

Biz idmançı saymadığımız, nəticəsi bizdən qat-qat az olan xaricdəki idmançılar 1500-2000 maaş alır. Bizdə idmançılar yer tutur , məşqçilərin maaşını artırırlar.

- Gülməli vəziyyətdir, niyə idmançı yox məşqçilər?

- Müəllimlərə verirlər ki, idmançıları yola versinlər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm