• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Bu gün ÇL həyəcanı başlayır

  • İdman
  • 18 Fevral 2014 10:19
  • 747 Baxış
Bu gün ÇL həyəcanı başlayır

Təxminən 2 aylıq fasilədən sonra Çempionlar Liqasında həyəcan başlayır.

Bu gün 1/8 final mərhələsinin 2 oyunu ilə Avropanın ən nüfuzlu futbol turnirinə start veriləcək. İlk oyun günündə olduqca maraqlı qarşılaşma gözlənilir. “Mançester Siti” öz meydançasında “Barselona”nı qəbul edəck. Günün daha bir qarşılaşması Leverkuzendə baş tutacaq. “Bayer” Leverkuzen PSJ-ni qəbul edəcək.

1/8 final mərhələsinin daha 2 qarşılaşması fevralın 19-da keçiriləcək. Çərşənbə günü “Arsenal” “Bavariya”nı, “Milan” isə “Atletiko”nu sınağa çəkəcək.

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin dörd oyunu üçün hakim təyinatlarını da açıqlayıb. “Mançester Siti” – “Barselona” qarşılaşmasını isveçli Yonas Erikssonun başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Həmin gün baş tutacaq digər qarşılaşmanın-“Bayer” - PSJ oyununun baş hakimi isə macar Viktor Kaşşai olacaq.

Fevralın 19-da keçiriləcək “Arsenal”- “Bavariya” matçına baş hakim qismində italiyalı Nikola Ritsoli, “Milan” -“Atletiko” görüşünə isə portuqaliyalı Pedru Proensa təyinat alıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR