"Sumqayıt" "Neftçi"yə məğlub oldu
Bizi izləyin

İdman

"Sumqayıt" "Neftçi"yə məğlub oldu

Topaz Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

Publika.az-ın məlumatına görə, “Sumqayıt” futbol klubu “Kapital Bank Arena”da “Neftçi”nin qonağı olub.


Görüşdə qonaqlar minimal hesabla məğlub olub. “Neftçi”dən yeganə qolu 83-cü dəqiqədə Nikolas Kanales vurub.

Qarşılaşmadan sonra mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov jurnalistlərə açıqlamasında deyib: “Neftçi”ni qələbə münasibəti ilə təbrik edirəm. Öz səhvimizdən uduzduq. Bərabər səviyyəli oyun izlədik. Sadəcə, “Neftçi” səhvimizdən yararlanıb, qol vurdu”.

“Neftçi”nin baş məşqçisi Arif Əsədov isə bildirib: “Sumqayıtda oynamaq həmişə çətin olur. Bu gün də çətinliklə üzləşdik. Buna baxmayaraq, futbolçular sona qədər mübarizə apardılar. Üç xalı qazandığımız üçün şadam. Bir neçə oyundur ki, süni meydançalarda oynayırıq. Lakin gec də olsa, qol vurduq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm