İdman
Premyer Liqada tükürpədən zədə - ayağına 13 tikiş vuruldu
İngiltərə Premyer Liqasının 27-ci turunda keçirilən “Stok Siti” - “Hall Siti” matçında ürəkağrıdan hadisə baş verib.
Publika.az xəbər verir ki, qonaqların müdafiəçisi Meynor Fiqeroa ilk hissənin sonlarında Stiven Ayrlendə qarşı sərt sürüşmə fəndi işlədib. Nəticədə “Stok Siti”nin yarımmüdafiəçisi oyunu davam etdirə bilməyib və fasilədə əvəzlənib. Sonradan məlum olub ki, Ayrlendin ayağına 13 tikiş vurulub.
Maraqlıdır ki, bu kobudluğa görə matçın baş hakimi Nil Suorbrik Fiqeroaya heç sarı vərəqə də göstərməyib. Elə bundan hiddətlənən “Stok Siti”nin baş məşqçisi Mark Hyuz referini qınayıb:
“Ayrlend dəhşətli zədə alıb. Hətta karyerasını da bitirə bilərdi. Başa düşə bilmirəm, niyə hakim Fiqeroaya birbaşa qırmızı vərəqə vermədi?”
Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsiylə (1:0) başa çatıb. Amma Ayrlendin ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə19 Aprel 22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 19 Aprel 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya19 Aprel 22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK