
Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk görüşlərinin oyun cədvəli açıqlanıb.
Publika.az xəbər verir ki, mərhələnin martın 4-də keçiriləcək 4 oyunundan 3-ü Bakıda baş tutacaq. Bu mərhələdə nisbətən maraqlı oyun kimi “Qəbələ” – “Simurq” qarşılaşmasını göstərmək olar. Hər iki komanda avrokuboka vəsiqə qazanmağa iddialıdır.
Azərbaycan kuboku, 1/4 final
4 mart
17:00 Neftçi - AZAL
Bakı. “Bakcell Arena”
17:00 İnter - Xəzər Lənkəran
Bakı. “İnter Arena”
17:00 Qarabağ - Bakı
Bakı. T. Bəhramov adına Respublika stadionu.
19:00 Qəbələ - Simurq
Qəbələ. Şəhər stadionu