“İki ay öncə əməliyyat edilsəm də, hər şey istənilən kimi olmadı”
Bizi izləyin

İdman

“İki ay öncə əməliyyat edilsəm də, hər şey istənilən kimi olmadı”

"Bakı 2015" I Avropa Oyunlarında Azərbaycanın idman gimnastikası növü üzrə mümkün təmsilçilərindən biri Anna Pavlova Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti ilə fikirlərini bölüşüb. Publika.az həmin müsahibəni təqdim edir.

- Gimnastikaya gəlişiniz haqda danışardınız. Necə oldu ki, məhz bu növü seçdiniz?

- Valideynlərim gimnastika üzrə məşqçidirlər və mən zalda böyümüşəm. Xüsusi seçimim yox idi. 4 yaşımdan mən də məşq etməyə başladım.

- Necə düşünürsünüz, idmanın başqa sahəsində uğurlu ola bilərdiniz?

- Özümü başqa sahələrdə sınamaq şansım olub. Əsasən, musiqi və şahmatla məşğul olurdum. Daha sonra məktəbə getdim. İkinci növbədə idim. Seçim qarşısında qaldıqda gimnastikaya üstünlük verdim. Bu, mənim seçimim idi. Anam və nənəm seçimimə qarşı idilər, məni rəqsə yazdırmaq istəyirdilər. Lakin bu, məni çox qıcıqlandırırdı. Uşaqlıqda bəyənməsəm də, böyüdükcə rəqsə daha loyal yanaşmağa başladım.

- Yarış günü emosiyalarınızla necə bacarırsınız: Təmkinli olmağınızın sirri nədədir?

- Fərqli olmaqla. Hər problemin həllində onun mənbəyinə qayıtmaq lazımdır. Analiz etdikcə, hər şeyi dərk edirsən. Bəzən alınmasa da, artıq bununla heç nə etmək olmur.

- Sizcə, hər hansı idman növündə vacib olan nədir?

- Öz üzərində çalışmaq və məqsədə doğru getmək.

- Peşəkar idmanla məşğul olmaq nə dərəcədə təhlükəlidir? Yoxsa bu, idman növündən asılıdır?

- Heç bir peşəkar idman insana sağlamlıq vermir. Lakin, tam fərqli şeylər verir. Sağlamlıq üçün bədən tərbiyəsi ilə məşğul olmaq lazımdır. Gimnastikanın üstün cəhətlərindən biri odur ki, rəqibin yoxdur, necə məşq etmisənsə, o cür də çıxış edəcəksən. Ümumi gimnastika insan sağlamlığı üçün əhəmiyyətlidir. Böyük idman – səyahət imkanları, özünə ad və həyat tərzi qazanmaq şansı verir. Mən təsəvvür edə bilmirəm ki, idman karyeramı bitirdikdən sonra nə işlə məşğul olacağam. Məşqçi kimi davam etmək şansım var, lakin bu addımı atmağa hələ hazır deyiləm. Daim hərəkətdə olmağa, tanımadığım ölkələrə səyahət etməyə öyrəşmişəm.

- İdmanda kumiriniz var?

- Xeyr. Nailiyyətlərinə görə hörmət etdiyim şəxslər var. Təqlid etməyi düzgün saymıram.

- Yaxın gələcək üçün idman planlarınızdan danışardınız...

- Zədəmi nəzərə alaraq, nəsə planlaşdırmaq hazırda mənə çətindir. İndi bir məqsədim var – ayağımı müalicə etmək və Avropa Oyunları haqda düşünmək. Məhz oyunlara görə bərpa olunmağı qərara aldım. Artıq 3 ildir işləyirəm. Çox yaxşı formada olmaq istəyirəm. İki ay öncə əməliyyat olunsam da, hər şey lazımı kimi olmadı. Zədədən sonra mənə sağalmağımın çətin olacağını demişdilər. Özümə də maraqlı idi: bacara biləcəyəm, ya yox. Karyeramı davam etdirməyin nə qədər perspektivli olmasına Avropa Oyunlarından sonra baxacağıq. Lakin bu, gündən-günə çətinləşir. Buna özüm üçün qərar verməliyəm, çünki bir müddət sonra Rio-de-Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya qazanma şansımın olduğu dünya çempionatı keçiriləcək.

- Avropa Oyunları sizin üçün hansı əhəmiyyəti kəsb edir və ona necə hazırlaşırsınız?

- İlk dəfə karyeramı bitirdikdən sonra Bakıya gəldim. Çox xoşuma gəldi və 3 il burada qalmağı qərara aldım. Universiadada iştirak edə bilmədim, əvvəlcə bir məşqçi, daha sonra digər məşqçi icazə vermədi. Bundan sonra isə zədədən əziyyət çəkdim. Düşünürəm ki, Avropa Oyunları da Universiadaya bənzəyir, burada da gimnastikanın növləri təmsil olunacaq. Bu yarışlara hazırlığın nə qədər ciddi olduğunu görürəm, mənim üçün çox maraqlıdır və bu yarışlarda özümü sınamaq istərdim.

- İdmandan bir az uzaqlaşsaq, reallaşdırmaq istədiyiniz başqa arzularınız, məqsədlərinız var?

- Düzü, heç bilmirəm. Konkret olaraq azrularım yoxdur, lakin idmandan sonra özümü təsdiq etmək istərdim. İdman çox gözəldir, çox şey qazandım, lakin o, bitir. Bundan sonra özünü başqa sahədə tapmalısan. Misal üçün, məşqçilik peşəsi məni cəlb edir. Burada özümü sınamasam, olmaz, uşaqlara təlim keçmək istərdim.

- İdmanla gündəlik həyatınızı birləşdirə bilirsiniz?

- Mən idmanla yaşayıram, özümü bu sahədən kənarda təsəvvür edə bilmərəm. Bu, elə mənim adi həyatımdır.

- Ailəniz haqda danışardınız...

- Ailəm kiçikdir. Atam rəhmətə gedib, anam isə mənim şəxsi məşqçimdir. Həmçinin, mənə planlarımı tərtib etməkdə kömək edən balaca qardaşım var. Qohumlarım da var ki, onları da ailəmin üzvləri sayıram. Çalışıram onlarla tez-tez görüşüm, alınmasa da, internet vasitəsilə əlaqə saxlayırıq.

- Sevdiyiniz şəxs var?

- Xeyr.

- Adətən azarkeşləriniz tribunadan sizi necə dəstəkləyirlər və Siz onlardan nə eşitmək istərdiniz?

- Onlar hər şey qışqırırlar (gülür). Azarkeşlər məni dəstəklədikcə çox sevinirəm. Ən adi sözlər belə, mənə güclü təsir edir.

- Onlara nə demək istərdiniz?

- Demək istərdim ki, onların dəstəyi hər bir idmançı üçün vacibdir. Bu yaxınlarda Meksikada keçirilmiş yarışda nümunəvi çıxışlarda olmuşdum. Orada bizi çox səmimi və isti qarşıladılar. Azarkeşlər dəstəkləyir, qışqırır və biz də müsbət enerji alırdıq. Dəstək olan və bizim üçün narahat olan hər kəsə təşəkkürümü bildirirəm.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm