Azərbaycan – Malta: ən ucuz bilet 2 manat olacaq
Bizi izləyin

İdman

Azərbaycan – Malta: ən ucuz bilet 2 manat olacaq

AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan - Malta oyununun biletləri satışa çıxarılıb.

Publika.az xəbər verir ki, biletləri Tofiq Bəhramov adına Respublika stadionunun və "Bakcell Arena"nın kassalarında, həmçinin Üzeyir Hacıbəyli küçəsi 48 ünvanında yerləşən "Bakcell" müştəri xidmətləri mərkəzində əldə etmək mümkündü.

Qarşılaşmanın biletlərinin qiyməti kateqoriyadan asılı olaraq 2, 4, 6 və 20 manatdır.

Oyun martın 28-də, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm